Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsi başlayıb

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsi başlayıb Sentyabrın 18-i saat 18:00-da ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsinə start verilib.
Hazırkı yerləşdirmə mərhələsinə ümumilikdə 4525 vakant yer (o cümlədən 1242 yeni yaranan vakansiya) çıxarılıb.
Əlavə yerləşdirmədə iştirak etmək istəyən namizədlər sentyabrın 20-si saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər