Azərbaycan Dillər Universitetində “Çin mədəniyyəti həftəsi” keçirilir

Azərbaycan Dillər Universitetində “Çin mədəniyyəti həftəsi” keçirilir Azərbaycan Dillər Universiteti (ADU) Çinlə maraqlanan hər kəsi və bütün Azərbaycan tələbələrini “Salam Çin!” devizi altında keçirilən onlayn "Çin mədəniyyəti həftəsi"nə dəvət edir.
"Mədəniyyət həftəsi" bu ölkənin dövlət bayramına və qədim Çin filosofu Konfutsinin doğum gününə həsr olunub. Tədbir qədim Çin sivilizasiyasının çoxəsrlik adət və ənənələri, ölkənin tarixi və müasir həyatı, Çin fəlsəfəsi, ədəbiyyatı, rəssamlığı, milli musiqisi, mahnıları və rəqsləri, zərif mətbəxin tətbiqi sənəti və sirləri, gimnastikanın və döyüş sənətinin məşhur sistemləri ilə tanış olmaq istəyən hər kəs üçün açıqdır.
Hər kəs onlayn konfransda, tematik inşa müsabiqələrində, ustad dərslərində, fotoqrafiya, xəttatlıq sərgilərində, Çin və ölkə rəssamlığı haqqında kitabların təqdimatında, çay mərasimində iştirak edə bilər.
"Çin mədəniyyəti həftəsi"nin tədbirlər proqramı ilə Konfutsi İnstitutunun “Facebook” səhifəsində tanış olmaq mümkündür. "Bizim istedadlar" bədii müsabiqəsində iştirak etmək istəyənlər Çin mahnılarının, rəqslərinin, instrumental musiqisinin müəllif ifası ilə öz videolarını, eləcə də öz rəsm və qrafik işlərinin fotoşəkillərini “WhatsApp” vasitəsilə (055)2434241 nömrəsinə və ya [email protected] elektron poçt ünvanına (Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov) göndərə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər