
Bu barədə Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab bildirib.
“Lukaşenkonun bu gün (sentyabrın 23-də -red.) Minskdə keçirilən gizli inauqurasiyası onun nüfuzunu daha da zəiflədir. Onun saxtalaşdırılmış seçkiləri Belarus xalqını aldatmaq idi”, - Raab tvitterdə yazıb.
Daha əvvəl ABŞ Dövlət Departamenti gizli inauqurasiya mərasimi keçirən Aleksandr Lukaşenkonu Belarus prezidenti kimi tanımadığını bəyan etmişdi.
Qeyd edək ki, Belarusda 9 avqustda baş tutan prezident seçkilərinin nəticələrinə etiraz olaraq, bir ay yarımdır ki, etiraz aksiyaları davam edir. 1994-cü ildən bu vəzifəni tutan hazırkı dövlət başçısı Aleksandr Lukaşenko qalib elan edilib. Müxalifət hakimiyyətin elan etdiyi seçki nəticələrini tanımır, onları saxta hesab edir.
Tehsil-press.az