Azərbaycan-Fransız Universiteti “Cisco” şirkəti ilə əməkdaşlıq edəcək

Azərbaycan-Fransız Universiteti “Cisco” şirkəti ilə əməkdaşlıq edəcək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) İdarə Heyəti “Cisco” şirkətinin ərazi biznes meneceri Fərid Zeynalovla görüşüb.
Universitetin direktoru, dosent Vazeh Əskərov, baş katib Elizaveta Bidanova və IT Departamentinin rəhbəri Qədir Rüstəmlinin iştirak etdiyi görüşdə ADNSU ilə “Cisco” şirkəti arasında imzalanan əməkdaşlıq memorandumunda qeyd olunan üstünlüklərin Azərbaycan-Fransız Universitetinə də şamil olunacağı və digər məsələlər müzakirə olunub.
Xatırladaq ki, avqustun 18-də ADNSU-nun rektoru, professor Mustafa Babanlının “Cisco” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Ramil Eyyubovla görüşüb. Görüşdə tərəflər “Cisco Şəbəkə Akademiyası”nın informasiya texnologiyalarının əsasları, proqramlaşdırma dilləri, əşyaların interneti, linux əməliyyat sistemi və digər müvafiq kurslarının universitetin tədris proqramına tətbiq edilməsinə dair razılığa gəliblər. Sonda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.

Tehsil-press.az

Oxşar xəbərlər