
Bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
“Sabah Rusiyadan geniş bir heyət gəlir. Taktiki və texniki olaraq kim harda dayanacaq, nə edəcək – bunlar müzakirə olunacaq. Qarabağ sazişində Türkiyənin yeri haradadır? Türkiyə məsələnin kökündədir. Həm masada, həm döyüş meydanındadır”, - deyə Akar bildirib.
Xatırladaq ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında Türkiyə sülhməramlılarının Qarabağ ərazisinə gəlməyəcəyini açıqlamışdı.
Tehsil-pess.az