“Azərbaycan Ordusu Kəlbəcər rayonuna hərəkət etmək üçün tam hazırdır” - Video

“Azərbaycan Ordusu Kəlbəcər rayonuna hərəkət etmək üçün tam hazırdır” - Video “Azərbaycan Ordusu Kəlbəcər rayonuna hərəkət etmək üçün tam hazırdır”.
Bu sözləri Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.
“Azərbaycan Ordusu günü bu gün missiyasını yerinə yetirməyə hazırdır. Kələbəcərə 2 istiqamətdən hərəkət baş tutacaq. Yol çox dardır. Proses ləngiyə bilər. Vəziyyəti diqqətlə izləyirik. Yaranmış vəziyyəti ictimaiyyətə çatdırırıq. Erməni işğalçılar bizim ərazini tərk edərkən binaları, meşələri yandırır. Bununla da iç üzünü dünyaya göstərir. Biz bu proseslərə nəzarət və monitorinq edirik", - deyə Mahmudov əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu Kəlbəcərə Göygöl və Daşkəsən istiqamətindən daxil olacaq:
"Kəlbəcərə daxil olacaq qüvvələrimiz ilk növbədə Azərbaycan-Ermənistan sərhədində, daha sonra rusiyalı sülhməramlılar tərəfindən yaradılan xətt üzrə Dağlıq Qarabağ istiqamətində yerləşdiriləcək".



Tehsil-press.az

Oxşar xəbərlər