Azərbaycan Texniki Universitetində “Okuklu Holding”in təlim mərkəzi açılacaq

Azərbaycan Texniki Universitetində “Okuklu Holding”in təlim mərkəzi açılacaq Türkiyənin “Okuklu Holding”in baş direktoru Yılmaz Okuklunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində işgüzar görüş keçirib.
Görüşdə İqtisadiyyat və idarəetmə fakültəsində müasir təlim mərkəzi və virtual laboratoriyanın qurulması, birgə kadr hazırlığı ilə bağlı məsələlər müzakirə olunub.
Y.Okuklu bildirib ki, əməkdaşlıq çərçivəsində tələbə və məzunların akademik hazırlığı dövründə onlara biznes etikasının öyrədilməsi çox vacibdir.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fərqanə Musayeva yeni yaradılacaq təlim mərkəzində əmək bazarının tələblərinə uyğun kadr hazırlığı ilə bağlı təkliflərini səsləndirib.
Görüşdən sonra AzTU-da müasir təlim mərkəzinin yaradılması üçün auditoriyalara baxış keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər