Elektrik avadanlıqları zavodu Azərbaycan Texniki Universitetində laboratoriya quracaq

Elektrik avadanlıqları zavodu Azərbaycan Texniki Universitetində laboratoriya quracaq Sumqayıt Texnologiyalar Parkı (STP) MMC-nin Elektrik avadanlıqları zavodu Azərbaycan Texniki Universitetində (AzTU) laboratoriya quracaq.
Bu barədə AzTU nümayəndə heyətinin zavodunun direktoru və Həmkarlar İttifaqının sədri Qadir Əliyevlə görüşündə məlumat verilib.
Görüşdə universitetin Energetika, elektrotexnika və avtomatika fakültəsi ilə zavodun gələcək əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib.
Qadir Əliyev koronavirus (COVID-19) pandemiyasının iqtisadiyyata mənfi təsirlərindən bəhs edib. Ölkəmizdə vətəndaşların sağlamlığının qorunması ilə yanaşı, pandemiyanın iqtisadiyyata təsirlərinin minimuma endirilməsi, o cümlədən postkoronavirus dövründə universitet-sənaye iş birliyinin inkişafı üçün bir sıra tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, hazırda müəssisədə tələbələrin yeni ödənişli təcrübə proqramlarına cəlb olunması, ixtisaslı kadr hazırlığı və birgə elmi-tədqiqatların aparılması istiqamətində mexanizmlər hazırlanır.

Tehsil-press.az

Oxşar xəbərlər