Dövlət İmtahan Mərkəzində rus dili üzrə beynəlxalq sertifikat əldə etmək imkanı

Dövlət İmtahan Mərkəzində rus dili üzrə beynəlxalq sertifikat əldə etmək imkanı Dövlət İmtahan Mərkəzi (DİM) Sankt-Peterburq Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində rus dili üzrə bacarıqlarını sertifikatlaşdırmaq istəyən namizədlər üçün rus dili xarici dil kimi imtahanlarının Azərbaycanda keçirilməsi üçün lisenziyanı əldə edib.
Rus dili xarici dil kimi imtahanları üzrə nəticələri aşağıdakı məqsədlərdən birinə nail olmaq üçün istifadə etmək olar:
Rusiya Federasiyasının vətəndaşlığı üçün müraciət etmək;
Rusiya ali təhsil müəssisələrinə qəbul olmaq;
Müxtəlif ölkələrdə rus dili üzrə dərs vermək.
DİM rus dili xarici dil kimi imtahanlarının kompüter üzərindən və ya onlayn qaydada keçirilməsini təklif edir. Kompüter əsaslı rus dili xarici dil kimi imtahanları DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən əsas binasında keçirilir. Bu imtahanları onlayn qaydada müvafiq olaraq qeydiyyatdan keçib istənilən yerdən vermək mümkündür.
Rus dili xarici dil kimi imtahanlarının vaxt bölgüsü və müddəti ilə DİM-in saytında tanış olmaq mümkündür. DİM-də rus dili xarici dil kimi imtahanlarını vermək istəyənlər mərkəzin saytında qeydiyyat haqqında daha ətraflı məlumat əldə edə bilərlər.
Rus dili xarici dil kimi imtahanlarının mərkəzləri Avropa və Asiyanın bir sıra ölkələrində (Böyük Britaniya, Almaniya, Fransa, Çin, Koreya, Yaponiya, Türkiyə və s.) fəaliyyət göstərir. Qeyd edək ki, DİM Azərbaycanda rus dili xarici dil kimi imtahanlarını təklif edən yeganə test mərkəzidir.

Tehsil-press.az

Oxşar xəbərlər