
Cinayətkarın vəkilləri koronavirusa yoluxduğundan onun əfvinə dair ərizə hazırlaya bilməyiblər.
Məhkəmə sərəncamına əsasən, 2004-cü ildə hamilə qadını boğaraq öldürən Liza Montqomerinin edam cəzası 2020-ci ilin sonunadək keçirilə bilməz. Telekanal qeyd edir ki, bu qərar sayəsində vəkillərin Montqomeri barəsində hökmün yumşaldılması üçün vəsatət hazırlamağa vaxtı olacaq.
Oktyabrın ortalarında ABŞ Ədliyyə Nazirliyi bildirmişdi ki, Montqomeri dekabrın 8-də edam ediləcək. Qeyd edilmişdi ki, hökm İndiana ştatında ölümcül inyeksiya vasitəsi ilə icra edilməlidir. “Reuters” agentliyinin məlumatına görə, son dəfə Birləşmiş Ştatlarda federal səviyyədə məhkum edilmiş qadın 1953-cü ildə edam edilib.
Tehsil-press.az