
Həsən Qorxmaz körpələri güllə səsi deyil, ana laylası oyatsın deyə Birinci Qarabağ savaşında son damla qanınadək vuruşub. Şəhidimizin yarım qalmış arzularını İkinci Qarabağ savaşında qardaşı gerçəkləşdirib.
Ömrünü ön cəbhədə keçirən Faiq Qasımov Aprel döyüşlərində iştirak edib, Lələtəpə uğrunda döyüşüb. Ohanyan səddini ilk yaran hərbçimiz başçılıq etdiyi qrupu ilə 300-ə yaxın düşməni məhv edib. Düşmənin yüksək rütbəli hərbçilərini məhv etdiyinə görə “Azərbaycan bayrağı ordeni ilə təltif edilib. İkinci Qarabağ savaşında Füzulinin azad olunmasında şücaət göstərib.
O, Birinci Qarabağ müharibəsində qardaşının oxuduğu musiqi sədaları altında dəfn olunub.
Tehsil-press.az