Dünyada “COVID-19”a yoluxanların sayı 61 milyonu ötdü

Dünyada “COVID-19”a yoluxanların sayı 61 milyonu ötdü Dünyada yeni növ koronavirus (“COVID-19”) infeksiyasına yoluxanların sayı 61 milyonu ötüb.
Belə ki, indiyədək 61 291 340 nəfər koronavirusa yoluxub, 1 436 977 nəfər bu virusdan dünyasını dəyişib, 42 385 959 nəfər sağalıb.
Hazırda dünyada 17 468 403 aktiv koronavirus xəstəsi var ki, onlardan da 104 914-nün vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.

Tehsil-press.az

Oxşar xəbərlər