Şahmat üzrə onlayn beynəlxalq turnir keçiriləcək

Şahmat üzrə onlayn beynəlxalq turnir keçiriləcək Dekabrın 5-6-da “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” şahmat üzrə onlayn beynəlxalq turnir keçiriləcək.
Beynəlxalq turnir 17 yaşadək şahmatçılar arasında seçmə və final olmaqla 2 mərhələ üzrə təşkil olunacaq. Yarışın finalında seçmə mərhələdə ilk 30 yeri tutan və finala birbaşa qatılmaq hüququ olan 2400-dən yuxarı reytinqli şahmatçı mübarizə aparacaq.
Yarışların “YouTube” üzərindən canlı yayımı nəzərdə tutulur. Turnirin əsasnaməsinə uyğun olaraq qaliblərə diplom və pul mükafatı təqdim ediləcək.
Qeyd edək ki, onlayn beynəlxalq turnirin keçirilməsində məqsəd Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qeyd edilməsi, dünyada koronavirus (COVID-19) pandemiyasının geniş yayılması ilə əlaqədar tətbiq olunan karantin rejimində məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübəsinin artırılmasından ibarətdir.
Turnirə dair müvafiq məlumatlarla Təhsil Nazirliyinin saytında qeyd olunan linklər vasitəsilə tanış olmaq mümkündür. Turnirin internet səhifəsi:
www.tehsilchess.az/karabakh2020

Tehsil-press.az

Oxşar xəbərlər