Dünya çempionatı təxirə salındı

Dünya çempionatı təxirə salındı Şahmat üzrə yeniyetmə oğlanlar və qızlar arasında keçiriləcək dünya çempionatı koronavirus infeksiyası səbəbindən qeyri -müəyyən müddətə təxirə salınıb.
Bu barədə Beynəlxalq Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Turnir Rumıniyanın Mamaya şəhərində 2020-ci ilin sentyabrın 7-dən 20-dək keçirilməli idi.
Qeyd edək ki, yarış 8, 10, 12, 14, 16 və 18 yaşlı şahmatçılar arasında təşkil edilir.

Tehsil-press.az

Oxşar xəbərlər