UNEC-in müəllim və tələbələrinin kibertəhlükəsizlik barədə araşdırmaları “Scopus” bazasına daxil olub

UNEC-in müəllim və tələbələrinin kibertəhlükəsizlik barədə araşdırmaları “Scopus” bazasına daxil olub Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “SABAH” qrupunun müəllimi Aygün Abdulovanın elmi rəhbərliyi ilə tələbələrdən Sevinc Quliyeva, Səadət Fərhadova, Əfsanə Hüseynova və Məcid Qafarovun həmmüəllif olduqları elmi məqalə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinə həsr olunan “Müasir informasiya, ölçmə və idarəetmə sistemləri: problemlər və perspektivlər” adlı II beynəlxalq konfransa təqdim edilib.
Təqdim olunan məqalə “Scopus” bazasına daxil edilib. Məqalədə kibertəhlükəsizliyin böyük, orta və kiçik biznesə təsiri, şirkətlərin apardıqları mübarizə üsulları, eləcə də ən önəmli beş kibertəhlükəsi və onlardan müdafiə vasitələri geniş təhlil olunub.

Tehsil-press.az

Oxşar xəbərlər