Vakant yerlərə qəbul olunan müəllimlərin daimiləşmə müsahibələri tədris ilinin ikinci yarısında keçiriləcək

Vakant yerlərə qəbul olunan müəllimlərin daimiləşmə müsahibələri tədris ilinin ikinci yarısında keçiriləcək Təhsil Nazirliyinin “Bizdən soruşurlar” layihəsi çərçivəsində daha çox müraciət edilən mövzularla bağlı suallara cavab verilməsi davam etdirilir.
“Həvəsləndirmə tədbirləri tətbiq edilməyən vakant yerlərə qəbul olunan müəllimlər üçün daimiləşmə müsahibələri nə vaxt keçiriləcək?” sualına cavab olaraq layihə çərçivəsində bildirilib ki, bu yerlər üçün daimiləşmə müsahibələri 2020-2021-ci tədris ilinin ikinci yarısında təşkil olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər