Bu ölkədə koronavirusa yoluxanların sayı 7 milyonu ötdü

Bu ölkədə koronavirusa yoluxanların sayı 7 milyonu ötdü Braziliyada son sutka ərzində daha 70 574 nəfərdə koronavirus aşkarlanıb, 936 nəfər bu virusun qurbanı olub.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 7 040 608-ə, bu virusdan ölənlərin sayı isə 183 735-ə yüksəlib.
İndiyədək 6 132 683 nəfər sağalıb. 724 190 pasiyent həkim nəzarəti altında qalmaqdadır.
Braziliya koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında üçüncü yeri tutur. Birinci yerdə ABŞ, ikinci yerdə isə Hindistan qərarlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər