
Müraciətdə erməni tarixçilərinin Azərbaycana qarşı ərazi iddialarının əsassız olduğu, tarixin siyasiləşdirilməsinin, müxtəlif ambisiyalar naminə saxtalaşdırılmasının qəbulolunmazlığı vurğulanır. Akademik N.Vəlixanlı Qarabağın xristian abidələrinin guya “təhlükə”yə məruz qaldığı haqqında iddiaların Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsi olduğunu qeyd edərək, Ermənistanın hərbi təcavüzü nəticəsində dağıdılmış tarixi-mədəni abidələr haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, müraciət MDB ölkələri, Gürcüstan və Ukraynanın tarix institutlarına və tarix profilli muzeylərinə göndərilib.
Tehsil-press.az