Muzeydə bayram tədbiri: Dörd ünsürün biri

Muzeydə bayram tədbiri: Dörd ünsürün biri Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Dörd ünsürün biri” adlı musiqili-əyləncəli bayram tədbiri keçirilib.
Tədbirdə incəsənət ustalarının ifaları və A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı aktyorlarının nümayiş etdirdikləri səhnəciklər maraq doğurub.
Sonra Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və Etnoqrafiya elmi fond şöbəsinin müdiri, dosent Gülzadə Abdulova Od çərşənbəsi haqqında danışıb, adət-ənənələrimizin, milli mənəvi dəyərlərimizin qorunmasının əhəmiyyətini diqqətə çatdırıblar.
Sonra muzeyin bərpa laboratoriyası əməkdaşlarının əl işlərindən ibarət sərgiyə baxış olub.

Tehsil-press.az

Oxşar xəbərlər