Azərbaycan Texniki Universiteti: İmtahanlarla bağlı şikayət və təkliflər onlayn qəbul ediləcək

Azərbaycan Texniki Universiteti: İmtahanlarla bağlı şikayət və təkliflər onlayn qəbul ediləcək Yanvarın 11-də Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat və magistratura səviyyələrində qış imtahan sessiyası başlayıb.
İmtahanlar əvvəlcədən tərtib edilmiş cədvələ uyğun olaraq onlayn rejimdə şifahi üsulla keçirilir.
İmtahanlarla bağlı tələbələrin şikayət və təkliflərini qəbul etmək üçün imtahan qərargahı və münaqişə komissiyası yaradılıb. Münaqişə komissiyası öz işini universitetin hazırladığı proqram təminatı vasitəsilə onlayn rejimdə təşkil edib. Şikayət və təkliflər də onlayn formada qəbul ediləcək. Qərargahın nəzdində “Qaynar xətt” də mövcuddur. Ötən semester olduğu kimi, tələbələr şikayətlərinin daha operativ həlli üçün “Onlayn çat”a müraciət edə bilərlər. “Onlayn çat” tələbələrin yaratdığı platformadır və ora ünvanlanan şikayətlər qısa zamanda rəhbərlik tərəfindən cavablandırılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər