
Dörd həftə davam edəcək sessiya təsdiqlənmiş imtahan cədvəlinə uyğun olaraq “Microsoft Teams” platforması üzərindən onlayn formatda əsasən şifahi, ehtiyac olduğu təqdirdə isə yazılı formada həyata keçirilir.
İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə ali təhsil müəssisəsində qərargah və onun nəzdində apelyasiya komissiyası yaradılıb. İmtahanların gedişatına müvafiq kafedralar, dekanlıq və tədris şöbəsi nəzarət edir.
Tehsil-press.az