Dünyanın ən nüfuzlu ölkələri açıqlandı

Dünyanın ən nüfuzlu ölkələri açıqlandı ABŞ-ın “The CEOWORLD magazine” biznes jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu ölkələrinin reytinqini dərc edib.
Dövlətlərin ranqlaşdırılması üçün 11 meyardan istifadə olunub: hərbi güc, beynəlxalq ittifaqlar, ölkə rəhbərliyinə hörmət, beynəlxalq ticarət və səyahət, iqtisadi güc, mədəniyyət, diplomatik təsir, qlobal diaspor, KİV-də təsiri, ehtiyacı olan ölkələrə yardım və digər ölkələrlə bağlılıq.
Reytinq 280 mindən çox respondentin iştirak etdiyi sorğu əsasında tərtib edilib. Siyahıya 57 dövlət daxildir. İlk onluqda ABŞ, Çin, Rusiya, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya, Hindistan, İtaliya və İsrail yer alıb.

Tehsil-press.az

Oxşar xəbərlər