
Ələmdar Cabbarlı iclası açaraq öncə Vətən müharibəsində Azərbaycanın qazandığı parlaq Qələbədən bəhs edib. O, ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladaraq, Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstəkdən danışıb.
Sonra konfransın bölmə iclasında məruzələr dinlənilib və müzakirələr aparılıb. Ələmdar Cabbarlı beynəlxalq elmi konfransda “Bəxtiyar Vahabzadənin yaradıcılığında türk mədəniyyətinə və irsinə bağlılıq” mövzusunda məruzə ilə çıxış edib.
Tehsil-press.az