ABŞ-da 5 aeroport bağlandı

ABŞ-da 5 aeroport bağlandı ABŞ-da beş hava limanı kəskin soyuqlaşma və hava şəraitinin pisləşməsi səbəbindən işini dayandırıb.
Bu barədə ABŞ Federal Aviasiya İdarəsi bildirib.
Hazırda Texas və Missisipidə iki beynəlxalq hava limanı, eləcə də Texas və Luizianada yerləşən üç regional hava limanı bağlıdır. “CNN” teleşirkəti qeyd edir ki, bazar ertəsi ABŞ-da 3 700-dən çox reys ləğv edilib.
Kəskin soyuqlaşma səbəbindən ölkənin 4 milyondan çox sakini elektrik enerjisiz qalıb.
ABŞ-ın Milli Meteorologiya Xidməti Texasda qeyri-sabit hava şəraitinin davam edəcəyini proqnozlaşdırır.

Tehsil-press.az



Oxşar xəbərlər