“Ulduzu gör” inkişaf proqramı davam edir

“Ulduzu gör” inkişaf proqramı davam edir Təhsil Nazirliyinin dəstəyi, “T-NETWORK” təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Ulduzu gör” inkişaf proqramı davam edir.
Növbəti proqram “İdeyanla parla” mövzusuna həsr olunacaq. Bu buraxılışda təhsil işçiləri üçün nəzərdə tutulan “Təhsilin ulduzu” müsabiqəsi barədə də ətraflı məlumat veriləcək, qiymətləndirmə meyarlarından danışılacaq.
Proqram hər həftənin çərşənbə günü saat 19:30-da “T-NETWORK” platformasının tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında eyniadlı platformanın “Facebook” səhifəsi üzərindən canlı yayımlanır.
“Təhsilin məqsədi insanın içindəki ulduzu kəşf etmək və onu daha da parıldatmaqdır” ideyası ilə formalaşan “Ulduzu gör” inkişaf proqramı öyrədənlərin şəxsi və pedaqoji bilik və bacarıqlarını inkişaf etdirir.

Tehsil-press.az



Oxşar xəbərlər