BDU-nun professoru Beynəlxalq Mühəndislik və Texnologiya İnstitutunun laureatı seçilib

BDU-nun professoru Beynəlxalq Mühəndislik və Texnologiya İnstitutunun laureatı seçilib Beynəlxalq Mühəndislik və Texnologiya İnstitutu (International Engineering and Technology Institute (IETI)) 2021-ci il üçün müxtəlif nominasiyalar üzrə müsabiqənin nəticələrini elan edib. Müsabiqənin qalibləri sırasında İngiltərə, Kanada, ABŞ, İsveç, İsveçrə, Yunanıstan, Hindistan, Sinqapur, Avstraliya, Rumıniya, Çin, Pakistan, Gürcüstan və s. ölkələrdən tanınmış ictimai xadimlər, elm və tədris sahəsində yüksək nailiyyətlər qazanmış alimlər yer alıb. Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin professoru, AMEA-nın müxbir üzvü, Əməkdar müəllim, fizika-riyaziyyat elmləri doktoru Vaqif İbrahimov da IETI-nın laureatları sırasındadır.
V.İbrahimov yüksək beynəlxalq reytinqə malik olan elmi-tədqiqat işlərinin nəticələrinə, beynəlxalq nüfuzu və elmi əsərlərinə olan istinadların sayına görə laureatlar sırasına daxil edilib.
Qeyd edək ki, V.İbrahimov həm də “Süni İntellekt və Verilənlər Haqqında Elmi İnstitutun'' (IDSAI) Direktorlar Şurasının, Avropa və ABŞ Riyaziyyatçıları cəmiyyətlərinin üzvüdür.

Tehsil-press.az

Oxşar xəbərlər