İdarəetmə Sistemləri İnstitutunun laboratoriyalarında seminarlar keçirilir

İdarəetmə Sistemləri İnstitutunun laboratoriyalarında seminarlar keçirilir İdarəetmə Sistemləri İnstitutunun Kənd təsərrüfatında modelləşdirmə və idarəetmə laboratoriyasında müntəzəm olaraq elmi-tədqiqat seminarı keçirilir.
Son seminar laboratoriyanın əməkdaşı və aspirantı Gülüş Nabadovanın “Kvarternion nəzəriyyəsi metodlarının tətbiqi ilə pilotsuz uçuş aparatlarının idarəetmə texnologiyasının işlənilməsi” dissertasiya mövzusu ilə bağlı olub.
Müzakirələr zamanı kvaternionlar və onların xassələri, təkrarlanan və təkrarlanmayan fırlanma oxlarına görə verilən Eyler bucaqları, Yerlə bağlı ətalət və bərk obyektlə bağlı əlaqəli hesablama sistemləri haqqında ilkin anlayışlar və təriflər müzakirə olunub.
Mövzu üzərində iş davam etdirilir.

Tehsil-press.az



Oxşar xəbərlər