İdarəetmə Sistemləri İnstitutu Gürcüstan universiteti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

İdarəetmə Sistemləri İnstitutu Gürcüstan universiteti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib Gürcüstan Texniki Universitetinin (GTU) Nəqliyyat və maşınqayırma kafedrasının professoru Cəmil Qasımov AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) direktoru, akademik Telman Əliyevlə görüşüb.
Görüşdə Şərq-Qərb nəqliyyat dəhlizində hərəkətin təhlükəsizliyi üzrə birgə aparıla biləcək layihələr, eləcə də iki müəssisə arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı bildirilib ki, C.Qasımov Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisində bilavasitə iştirak edib və koordinator vəzifəsində çalışıb.
Sonda C.Qasımov İSİ-nin həyata keçirdiyi layihələrlə tanış olub.

Tehsil-press.az

Oxşar xəbərlər