BDU-da layihə müzakirəsi keçirilib

BDU-da layihə müzakirəsi keçirilib Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasında "İşlənmənin son mərhələsində olan yataqlarda neftvermə əmsalının artırılması üçün nanotexnologiyaların tətbiqi ilə intellektual idarəetmə sisteminin yaradılması" pilot layihəsinin müzakirəsi keçirilib. Layihənin iştirakçıları BDU, SOCAR vəAMEA-nın İdarəetmə Sistemləri İnstitutudur.
Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə və digər alimlər iştirak ediblər.
Müzakirədə pilot layihənin ilkin təqdimatı keçirilib,müvafiq suallar cavablandırılıb.


Mətbuat və informasiya şöbəsi


BDU-da layihə müzakirəsi keçirilib

Oxşar xəbərlər