2020-ci ildə dünyada 65 jurnalist qətlə yetirilib

2020-ci ildə dünyada 65 jurnalist qətlə yetirilib “Jurnalistlərin Beynəlxalq Federasiyası” təşkilatının yeni təqdim etdiyi hesabata əsasən, 2020-ci ildə dünyada 65 jurnalist qətlə yetirilib ki, bu da 2019-cu il ilə müqayisədə 17 nəfər çoxdur.
Ötən il jurnalistlər üçün təhlükəli ölkə Meksika və Əfqanıstan hesab olunub. İl ərzində hər iki ölkədə 10 jurnalist qətlə yetirilib. Pakistan, Hindistan və Suriyanın adları da jurnalistlər üçün təhlükəli ölkələr siyahısına salınıb.
Təşkilatın hesablamalarına görə, 1990-cı ildə bu günə kimi dünyanın müxtəlif yerlərində 2680 nəfər jurnalist qətlə yetirilib.

Tehsil-press.az



Oxşar xəbərlər