Bu barədə Cənubi Afrikanın “SABC” radiostansiyası Fransa komandanlığına istinadən xəbər verib.
Əməliyyat Fransa və Niderland kəşfiyyatının əldə etdiyi məlumatlar əsasında 21 mart tarixində baş tutub. Fransanın “Dixmude” desant gəmisi Sent-Kids və Nevis bayrağı altında hərəkət edən Nijlan yük gəmisini dayandırıb.
Gəmidə altı ton narkotik vasitə olan kokain aşkarlanıb. Əməliyyat Sent-Kids və Nevis hökumətinin razılığı ilə həyata keçirilib.
Tehsil-press.az