
NATO XİN rəhbərlərinin iclası üçün Brüsselə yollanan xarici siyasət idarəsinin rəhbəri bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Nazir bildirib ki, E.Blinkenlə görüş konstruktiv şəraitdə gerçəkləşib:
“Bir çox məsələ açıqürəkliliklə müzakirə olundu. Ancaq tərəflər arasında bəzi məsələlərdə fikir ayrılıqları da var. ABŞ-da FETO-nun mövcudluğu kimi məsələlərin ikitərəfli münasibərlərə mənfi təsir göstərdiyini xatırlatdıq. Bu çərçivədə Türkiyənin gözləntilərini bird aha ifadə etdik”.
M.Çavuşoğlu S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı jurnalistlərin suallarını da cavablandırıb:
“S-400-lərin satın alındığını və bu işin tamamlandığını bir daha söylədik”.
Nazir Türkiyənin hava hücumundan müdafiəyə yönəlmiş ehtiyaclarını müttəfiqlərindən təmin etməyə müsbət yanaşdığını da dilə gətirib.
Tehsil-press.az