
Konfransda Samirə Nəcəfova “Abşeron sənaye bölgəsində ekoloji problemlərin həlli üçün resurslara qənaət, tullantısız və ekoloji cəhətdən təmiz texnologiyalara əsaslanan bioekoklaster kompleksləri” mövzusunda məruzə ilə çıxış edib. O, mikrobioloji, biokimyəvi və texnoloji proseslərə əsaslanan biotexnologiyaların tətbiqi ilə Azərbaycanın ekoloji-sosial-iqtisadi problemlərinin həlli üçün inteqrasiya olunmuş istehsal təsərrüfatları sistemlərinin - bioklasterlərin əhəmiyyəti haqqında məlumat verib, mövzu ətrafında sualları cavablandırıb.
Qeyd edək ki, Nəriman İsmayılov, Samirə Nəcəfova və Aygün Qasımovanın həmmüəllif olduğu məqalə konfrans materialları toplusuna daxil edilib və elektron variantı Rusiya Təbiət Elmləri Akademiyasının rəsmi internet səhifəsində yerləşdirilib.
Onlayn tədbirdə Rusiya, Çexiya, Avstriya, Belarus, Özbəkistan, Qazaxıstan və Türkmənistandan qatılmış alimlərin məruzələri dinlənilib və elmi tədqiqatlarının nəticələri nümayiş etdirilib.
Tehsil-press.az