Zooloji muzeydə onlayn “Açıq qapı” təşkil olunub

Zooloji muzeydə onlayn “Açıq qapı” təşkil olunub oologiya İnstitutu nəzdində fəaliyyət göstərən Zooloji muzeydə onlayn “Açıq qapı” təşkil edilib.
Muzeyin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Bünyatova institutun rəsmi “Facebook” səhifəsində canlı yayım təşkil edərək muzeydə sərgilənən eksponatlar haqqında ətraflı məlumat verib. O, Azərbaycan və dünya faunasında yayılan eksponatların zənginliyi və növ müxtəlifliyi, ekspozisiya fondunda sərgilənən balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər sinfinə daxil olan növlərin həyat tərzi, müasir populyasiya vəziyyəti, yayılması, nadir və nəsli kəsilməkdə olan növlərin qorunması istiqamətində görülən işlər barədə danışıb.
Qeyd edək ki, “Açıq qapı” 27 mart - Elm Günü münasibətilə keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər