Universitetdə “Açıq qapı” günü

Universitetdə “Açıq qapı” günü Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Açıq qapı” günü təşkil olunub.
Müəllim və tələbələrin, valideynlərin iştirak etdikləri tədbirdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub.
Tədbirdə universitetin rektoru, professor Mustafa Babanlı ADNSU-nun fəaliyyətindən, burada təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. Qeyd edilib ki, ADNSU ilə müvafiq müəssisələr arasında əlaqələrin yaradılması istiqamətində səmərəli iş aparılır. Universitetdə karyera sərgisinin keçiriləcəyini diqqətə çatdıran rektor tələbələrin, xüsusilə üçüncü və dördüncü kurslarda, magistratura pilləsində təhsil alan gənclərin bu sərgidə fəal iştirak edəcəklərini söyləyib.
Universitetdə imtahanların keçirilməsi, reallaşdırılan layihələr və digər məsələlərlə bağlı fikirlərini bildirən M.Babanlı tələbələrə tövsiyələrini verib, onlara təhsildə yeni nailiyyətlər arzulayıb.
Sonda tələbə və valideynlərin sualları cavablandırılıb.

ADNSU-nun Mətbuat Xidməti


Universitetdə “Açıq qapı” günüUniversitetdə “Açıq qapı” günüUniversitetdə “Açıq qapı” günü

Oxşar xəbərlər