ADA Universiteti abituriyentləri və onların valideynlərini onlayn “Açıq qapı” günlərinə dəvət edir

ADA Universiteti abituriyentləri və onların valideynlərini onlayn “Açıq qapı” günlərinə dəvət edir Avqustun 26-da ADA Universiteti bakalavr proqramlarına müraciət edən abituriyentləri və onların valideynlərini onlayn “Açıq qapı” günlərinə dəvət edir.
Hər il təşkil edilən "Açıq qapı" günləri pandemiya ilə əlaqədar bu il tamamilə onlayn formatda keçirilir. Onlayn “Açıq qapı” günlərinə qoşulanlar ADA-nın təqdim etdiyi bakalavr proqramları, qəbul şərtləri, təhsil haqqına güzəştlər, tələbə həyatı, xarici universitetlərlə tələbə mübadiləsi proqramları və gələcək iş imkanları barədə ətraflı məlumat əldə edə biləcəklər. Onlayn sessiyalar zamanı dekanlar, məzunlar və qəbul şöbəsinin əməkdaşları iştirakçıların suallarına aydınlıq gətirəcəklər.
Onlayn “Açıq qapı” günləri I ixtisas qrupu üzrə avqustun 26-sı saat 15:00-da, II ixtisas qrupu üzrə avqustun 27-si saat 15:00-da, III ixtisas qrupu üzrə isə avqustun 28-i saat 15:00-da keçiriləcək. “Açıq qapı” günlərinə qoşulmaq istəyənlər https://bit.ly/32srPqS linkində qeydiyyatdan keçə bilərlər.
Əlavə sualları [email protected] e-mail ünvanına yazmaq olar.
ADA Universitetinin bakalavr proqramları barədə ətraflı məlumat https://bit.ly/3drdJKl linkində yerləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər