“ADA” Universiteti abituriyentləri "Açıq qapı" gününə dəvət edir

“ADA” Universiteti abituriyentləri “ADA” Universiteti abituriyentləri iyulun 31-də və avqustun 1, 2, 3-də saat 10:30-da "Açıq qapı" günlərinə dəvət edir.
"Açıq qapı" günlərində abituriyentlərə universitet, akademik proqramlar, pedaqoji heyət, tələbə mübadiləsi, təhsil haqqına güzəştlər barədə ətraflı məlumat veriləcək.
“ADA” Universitetində keçiriləcək "Açıq qapı" günlərində iştirak üçün qeydiyyatdan keçmək tələb olunmur. Girişdə şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

ADA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər