Blinken Quterrişlə Əfqanıstan, Suriya, Liviyanı müzakirə edib

Blinken Quterrişlə Əfqanıstan, Suriya, Liviyanı müzakirə edib ABŞ-ın dövlət katibi Entoni Blinken və BMT-nin baş katibi Antoniu Quterriş virtual formatda keçirilən görüşdə Əfqanıstan, Liviya, Suriya, Efiopiyanın Tıqray ştatı, həmçinin Qərbi Saharadakı vəziyyəti müzakirə ediblər.
Bu barədə Dövlət Departamentinin mətbuat xidməti bildirib.
Məlumatda qeyd edilir ki, Blinken Əfqanıstanda davamlı və hərtərəfli atəşkəsin əldə olunması məsələsində BMT ilə sıx əlaqələndirməni alqışlayıb, həmçinin Suriyada transsərhəd yardımın bərpası və genişləndirilməsinin vacibliyini vurğulayıb.
Bundan başqa, tərəflər ABŞ-ın BMT-dəki prioritetlərini müzakirə ediblər. “Onlar regional və qlobal problemlərin həlli, BMT-nin əsas prinsip və dəyərlərinin möhkəmləndirilməsi və çoxtərəfli sistemin üzərində birlikdə necə işləyə biləcəyimizə diqqət yetiriblər”, - Dövlət Departamentində əlavə ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər