Onlayn vorkşop: Təcrübənin sənayedə təşkili və idarə olunması

Onlayn vorkşop: Təcrübənin sənayedə təşkili və idarə olunması Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı ilə “Təcrübənin sənayedə təşkili və idarə olunması" mövzusunda onlayn vorkşop keçirilib.
Tədbirdə elm və texnika üzrə prorektor İlham Pirməmmədov pandemiya dövründə magistrantların elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrinin təşkilindən danışıb. Qeyd olunub ki, magistrantların elmi-tədqiqat və dissertasiya mövzularının sənayedə praktiki səriştəyə əsaslanması, həmçinin təcrübə və elmi rəhbərlərin işbirliyi əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
Daha sonra Metallurgiya və materialşünaslıq fakültəsinin dekanı Nizami Poladov, Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının müdiri Razim Bayramov və Mexatronika və maşın dizaynı kafedrasının müdiri İftixar Çələbi pandemiya dövründə tələbələrin təcrübələrinin təşkilindən danışıblar. Bildirilib ki, tələbələrin təcrübələri karantin qaydalarına riayət edilməklə təşkil olunub.
Müzakirələrdə iştirak edən müəssisə rəhbərləri və universitet nümayəndələri vurğulayıblar ki, pandemiya tələbələrin müəssisələrdə əyani təcrübə keçmələrinə mənfi təsir göstərib. Mövcud vəziyyətə uyğun olaraq əyani təcrübə keçə bilməyən tələbələr üçün videotəqdimatlar və teledərslər təşkil edilib.
Sonda müəssisə rəhbərləri tələbələrin suallarını cavablandırıblar.

Tehsil-press.az


Oxşar xəbərlər