Bakı Ali Neft Məktəbi əməkdaşlıq əlaqələrini genişləndirir

Bakı Ali Neft Məktəbi əməkdaşlıq əlaqələrini genişləndirir Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Daxili İşlər Nazirliyinin Polis Akademiyasında olub.
Görüşdə Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov rəhbəri olduğu təhsil müəssisəsinin strukturu, tarixi, tədris prosesi haqqında ətraflı məlumat verib. Akademiyanın digər ölkələrin elm və ali təhsil müəssisələri ilə sıx münasibətləri olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, təhsil müəssisələri arasında əməkdaşlıq bütün sahələrdə uğurla davam edir.
Tədbirdə çıxış edən Elmar Qasımov elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq əlaqələrinin qurulmasının və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Sonra qonaqlar Polis Akademiyasında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, həmçinin oxu zalı, elektron kitabxana, kriminalistik təlim şəhərciyi, fənn kabinetləri, yataqxana və idman zalları ilə tanış olublar.
Görüşdə təhsil müəssisələri arasında əməkdaşlıq protokolunun layihəsi müzakirə olunub.

Tehsil-press.az




Oxşar xəbərlər