Bakı Ali Neft Məktəbi Çin Neft Universiteti ilə memorandum imzalayıb

Bakı Ali Neft Məktəbi Çin Neft Universiteti ilə memorandum imzalayıb Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Çin Neft Universitetinin (Pekin) prezidenti Zhang Laibin ilə iki ali təhsil müəssisəsi arasında tədris, mütəxəssis hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsi məqsədilə əməkdaşlıq haqqında razılaşma imzalayıb.
Rektor Elmar Qasımov Çin Neft Universiteti ilə əməkdaşlıqdan məmnun olduğunu söyləyərək hər iki ali təhsil müəssisəsinin elmi-tədris maraqlarının, həmçinin təhsil üzrə fəaliyyətlərinin bir-birinə uyğunluğunu vurğulayıb.
Görüşdə Zhang Laibin qeyd edib ki, iki universitetin elmi-tədqiqat və tədris fəaliyyəti üzrə əməkdaşlığı hər iki tərəf üçün faydalı olacaq.
Tərəflər arasında imzalanmış razılaşmaya əsasən, BANM və Çin Neft Universiteti tələbələrin bakalavr və magistr səviyyəsində mübadiləsini, həmçinin elmi fəaliyyət və təhsil prosesi üzrə təcrübə mübadiləsini həyata keçirəcək.
Görüşdə, həmçinin mütəxəssis və tədqiqatçıların mübadiləsinin aparılması, hər iki ali təhsil müəssisəsi tərəfindən təşkil olunan elmi iclaslarda və konfranslarda iştirak, monoqrafiyaların, dərsliklərin, tədris materiallarının və elmi məqalələrin birgə hazırlanması məsələlərində razılığa gəlinib.

Mətbuat Xidməti

Oxşar xəbərlər