Universitetlərdə vaksin vurulan təhsil işçilərinin faiz nisbəti açıqlandı

Universitetlərdə vaksin vurulan təhsil işçilərinin faiz nisbəti açıqlandı 31 mart tarixinə olan göstəricilərə əsasən, ali təhsil müəssisələri arasında ilk olaraq ADA Universitetinin 50 yaşdan yuxarı pedaqoji və texniki heyətinin vaksinasiya prosesi artıq yekunlaşıb.
Bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında paylaşım edib.
Nazir bildirib ki, Sumqayıt Dövlət Universiteti (98.2 faiz), Azərbaycan Universiteti (93.7 faiz), Bakı Avrasiya Universiteti (91.6 faiz), Bakı Ali Neft Məktəbi (87.7 faiz) və Mingəçevir Dövlət Universitetinin (87 faiz) heyəti də bu prosesi yekunlaşdırmaq üzrədir:
“Təhsil Nazirliyi olaraq bu ali təhsil müəssisələrinin rəhbərliyinə və kollektivinə təşəkkür edirik.
Öyrənmə prosesinin davamlılığını təmin etmək və təhsil müəssisələrinin ənənəvi fəaliyyətini bərpa etmək üçün vaksinasiya əsas şərtdir”.
Qeyd edək ki, bu gündən etibarən yaşından asılı olmayaraq, bütün təhsil işçilərinin vaksinasiyasına başlanılıb.

Tehsil-press.az



Oxşar xəbərlər