
Hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işlərinin aparılması davam etdirilir.
Paytaxtdakı 8 nömrəli tam orta məktəbdə həyata keçirilən dezinfeksiya prosesini KİV-lərin nümayəndələri də izləyib.
Məlumat verilib ki, BŞTİ ilə Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri arasında bağlanılmış müqavilə əsasında idarənin tabeliyindəki təhsil müəssisələrində aparılan dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.
Qeyd edək ki, koronavirus pandemiyası şəraitində sağlamlığına həssas yanaşan təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər. Bundan əlavə, təhsil işçilərinin COVID-19 əleyhinə vaksinasiyaya daha aktiv qoşulması üçün #TəhsilÜçünVaksinasiya həştəq kampaniyasına start verilib. Bütün bunlar ənənəvi tədrisin bərpası üçün həyata keçirilən zəruri tədbirlərin tərkib hissəsidir.
Tehsil-press.az