Universitetdən bildirilib ki, tələbələr RSXM-nin “Qobu” seysmik stansiyasında olublar. Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev tələbələri seysmik stansiyanın iş prinsipi, istifadə olunan cihaz və avadanlıqlarla tanış edib.
Təcrübədə AzMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi kafedrasının dosenti, texnika elmləri üzrə fəlsəfə doktoru Emil Qafarov da iştirak edib.
İstehsalat təcrübəsi mayın 25-də bitəcək.
Tehsil-press.az