Azərbaycan Texniki Universitetində “Rəqəmsal təhsil texnologiyaları” mərkəzi yaradılacaq
Azərbaycan Texniki Universitetində (AzTU) “Rəqəmsal təhsil texnologiyaları” mərkəzi yaradılacaq. Bununla bağlı AzTU ilə Xarkov Milli Radioelektronika Universiteti arasında protokol imzalanıb. Sənədi AzTU-nun rektoru Vilayət Vəliyev və Xarkov Milli Radioelektronika Universitetinin rektoru, professor Valeri Semenes imzalayıblar.
Mərkəz rəqəmsal təhsil texnologiyaları sahəsində universitetin professor-müəllim heyətinin və tələbələrinin, həmçinin sənaye müəssisələrinin əməkdaşlarının müasir biliklərə yiyələnmələri istiqamətində fəaliyyət göstərəcək.
Tehsil-press.az
- Baxış: 3066
Xəbərin tarixi: 21.05.2021 / 10:52
-
Oxşar xəbərlər