Hindistanda təhsil almaq üçün təqaüd proqramına sənəd qəbulu aparılır

Hindistanda təhsil almaq üçün təqaüd proqramına sənəd qəbulu aparılır Hindistanın Mədəni Əlaqələr Şurası (ICCR) Azərbaycan vətəndaşları üçün Hindistanın müxtəlif universitetlərində təhsil almaq məqsədilə təqaüd proqramı təklif edir.
Ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan olunan təqaüd proqramı müxtəlif ixtisas istiqamətlərini əhatə edir. Təqaüd proqramına müraciət üçün son tarix mayın 30-na nəzərdə tutulub. Ətraflı məlumatı Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilmiş elan vasitəsilə əldə etmək olar.

Tehsil-press.az



Oxşar xəbərlər