Paşinyan ölən hərbçilərin sayının artacağını proqnozlaşdırdı
“Hazırda müharibədə ölənlərin rəsmi təsdiqlənən sayı 3700 nəfərdir”. Bunu Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçkiqabağı kampaniyası zamanı tərəfdarları ilə görüşündə deyib. O bildirib ki, bu rəqəm 4 minədək yüksələ bilər: “Düşünürük ki, bu rəqəm 4 min nəfərə çatacaq”.