
Simpoziumda “Qədim türk əlifbasının müasir texniki imkanları” mövzusunda çıxış edən professor Azərbaycanda son 100 ildə aparılan əlifba islahatlarından danışıb. Alim əski türk əlifbasının (Orxon-Yenisey abidələrindəki yazıların) riyaziyyat, fizika və digər təbiət elmlərində müxtəlif kəmiyyətlərin işarələnməsində istifadə olunmasının perspektivləri haqqında təkliflər səsləndirib.
Məruzədə qədim türk əlifbasının tarixindən bəhs olunub. Həmçinin ermənilərin istifadə etdikləri əlifbanın bu günə kimi mövcudluğunun səbəbləri açıqlanıb. Qeyd edilib ki, dövlətçilik ənənələri və dövlətlərarası yazışmalara ehtiyacı olmayan erməni əhalisi qərb və şərq mədəniyyət məkanlarından kənarda qalıb. Bu səbəbdən də onların yalnız kilsə və məişətdə istifadə olunan lokal xarakterli əlifbaları bugünədək gəlib çıxıb.
İştirakçılar tərəfindən maraqla qarşılanan çıxışın simpoziumun məruzələr kitabında çap olunması nəzərdə tutulub.
Tehsil-press.az