Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının professoru Bayram İbrahimov Moskva Rabitə və İnformatika Texniki Universitetində onlayn keçirilən “İnformasiya cəmiyyətinin texnologiyaları” adlı ikigünlük XV beynəlxalq elmi-texniki konfransda çıxış edib.Konfransın plenar iclasında Bayram İbrahimovun “Kvant texnologiyasından istifadə etməklə optik lifli rabitə xətlərinin effektivliyinin yüksəldilməsinin tədqiqi” mövzusunda məruzəsi dinlənilib.
Konfransda kafedranın digər professorları da iştirak ediblər.
Tehsil-press.az













