Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron ərizələrin yoxlanılması başa çatıb

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron ərizələrin yoxlanılması başa çatıb Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron ərizələrin yoxlanılması prosesi başa çatıb. Elektron ərizələrin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Ərizələr emal edildikdən sonra 59 min 172 namizədin ərizəsi qəbul olunaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, iyunun 4-dən 11-dək keçirilən bu mərhələdə 60 627 namizəd elektron ərizəsini tamamlayaraq müraciətini təsdiqləyib.
Növbəti mərhələdə test imtahanının qrafiki ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər